"Sabah" "Sumqayıt"a uduzdu

20:24 5 Sentyabr 2020

“Sabah” çempionatdakı fasilədən yararlanaraq bu gün yoxlama görüşünə çıxıb. 
 

Sportarena.az klubun Feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Sumqayıt”ı qəbul edib. Lakin matç əvvəlcədən nəzərdə tutulduğu kimi 19:00-da yox, 18:00-da başlayıb."Sabah" bu qarşılaşmada rəqibinə 1:3 hesabı ilə uduzub. 


Qeyd edək ki, “Sabah” Premyer Liqanın ilk turunda səfərdə “Qarabağ”a məğlub olub- 2:0. “Sumqayıt” isə evdə “Keşlə”yə 1 qolla uduzub.  


Digər xəbərlər

Xəbər xətti