"Qarabağ"ın potensial rəqibində koronavirus

12:27 8 Sentyabr 2020

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqiblərindən olan Xorvatiya "Dinamo"sunun bir futbolçusu koronavirusa yoluxub.

 

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, Zaqreb təmsilçisi koronavirusa yoluxan oyunçunun adını açıqlamayıb. Buna baxmayaraq, komandada böyük problem olmadığı, oyunçuların və məşqçilər heyətinin karantinə alınmasına ehtiyac olmadığı vurğulanıb.

 

Qeyd edək ki, "Dinamo" 3-cü təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-offda "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti