"Sumqayıt" Portuqaliya klubundan futbolçu transfer etdi

14:01 8 Sentyabr 2020

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi son mövsümü Portuqaliyanın “Uniao Leyria” klubunda keçirmiş Hüseyn Cəfərovu heyətinə qatıb. 19 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, H.Cəfərov yeni klubunda 15 nömrəli formada çıxış edəcək.


Xəbər xətti