Roberto Karlosun 100 yaşlı nənəsi koronavirusdan sağaldı

11:59 16 Sentyabr 2020

“Real”ın və Braziliya milli komandasının sabiq futbolçusu Roberto Karlosun nənəsi koronavirusa qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.Bir müddət əvvəl koronavirusa yoluxan 100 yaşlı Qismalia dos Santos da Silva müalicə aldığı xəstəxanadan evə buraxılıb.

 

Qeyd edək ki, Braziliyada indiyədək 4 milyondan çox insan koronavirusa yoluxub, onlardan 3,6 milyonu sağalıb. Ölkədə 132 min nəfər Covid-19-un qurbanı olub.


Xəbər xətti