Luis Suares “Barselona” ilə vidalaşdı

Sportarena.az      23 Sentyabr 2020 , 19:23

“Barselona”dan ayrılacağı gözlənilən uruqvaylı hücumçu Luis Suares komanda yoldaşları ilə vidalaşıb.

 

Sportarena.az xəbər verir ki, bu gün səhər saatlarında klubun bazasına yollanan 33 yaşlı hücumçu komanda üzvləri ilə vidalaşdıqdan sonra oranı tərk edib.Yaxın saatlarda Kataloniya təmsilçisinin oyunçu ilə müqaviləyə xitam verilməsi barədə açıqlama yayması gözlənilir. Təcrübəli forvard karyerasını digər La Liqa təmsilçisi “Atletiko”da davam etdirəcək.

 

Qeyd edək ki, 2014-cü ildən “Barselona”da çıxış edən Suares ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kataloniyalılarla 2021-ci ilin yayınadək müqaviləsi var.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin