"Qarabağ"ın oyunu təxirə salındı

15:14 29 Sentyabr 2020

Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ” – “Səbail” oyunu təxirə salınıb.

 

Sportarena.az PFL-ə istinadla xəbər verir ki, AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan yığmasının Millətlər Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ” – “Səbail” oyunun təxirə salınmasını  istəyib.

 

AFFA-nın müraciətini, milli komandanın mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq Azərbaycan  Premyer Liqasının V turunun “Qarabağ” – “Səbail” oyunu başqa tarixə təxirə salınıb.

 

Oyunun tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti