Azərbaycanın aparıcı idmançısı hərbi xidmətə çağırıldı - FOTO

10:17 30 Sentyabr 2020

Taekvondo millimizin aparıcı üzvlərindən olan Ayxan Tağızadə ölkədə elan edilən qismən səfərbərliyə əsasən hərbi xidmətə çağırılıb.

 

Sportarena.az xəbər verir ki, Bakıda keçirilmiş I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı bu gün səhər Yasamal Rayonu Hərbi Komissarlığında olub. 24 yaşlı idmançının hansı cəbhə bölgəsinə yola düşəcəyi barədə məlumat verilmir.

 

Qeyd edək ki, daha əvvəl 23 yaşlı taekvondoçu, yeniyetmələr arasında dünya və Avropa çempionu Məhəmməd Məmmədov hərbi xidmətə çağırılmışdı. 


Digər xəbərlər

Xəbər xətti