Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi

02:05 2 Oktyabr 2020

AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla telefonla danışıb.

 

Sportarena.az qurumun saytına istinadən xəbər verir ki, assosiasiya rəhbəri Avropa Liqasının pley-off mərhələsində Varşavada Polşa təmsilçisi “Legiya” ilə keçirilən oyundan sonra Azərbaycan çempionunu 3:0 hesablı qələbə münasibətilə təbrik edib.

 

R. Abdullayev telefon danışığı zamanı möhtəşəm qələbə, növbəti dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanması münasibətilə Ağdam təmsilçisinin bütün üzvlərini Azərbaycan futbol ailəsi adından təbrik edib. O, həmçinin “Qarabağ”a qrup mərhələsində uğurlar arzulayıb.


Xəbər xətti