"Siz Qarabağı qanınızla, biz tərimizlə ucaldırıq" - Mahir Emreli

11:40 2 Oktyabr 2020

"Qarabağ" Polşanın "Legiya" klubunu Varşavada 3:0 hesablı məğlub edərək Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra komanda üzvləri əsgər salamı ilə qələbəni qeyd edərək ordumuza dəstək nümayiş etdiriblər.

 

Komandanın hücumçusu Mahir Emreli qələbəni qəhrəmancasına şəhid olan əsgərlərimizə həsr etdiyini bildirib: "Bu qələbəmizi şəhidlərimizə ithaf edirik! Siz Qarabağı qanınızla, biz tərimizlə ucaldırıq!"


Digər xəbərlər

Xəbər xətti