"Qarabağ"ın qrup mərhələsindəki rəqibləri bəlli oldu

15:45 2 Oktyabr 2020

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 48 komanda 12 qrupa bölünüb. Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" 2-ci səbətdə yer alıb. Qurban Qurbanovun komandası I qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və  "Sivasspor" (Türkiyə) ilə mübarizə aparacaq.
 

Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.


Xəbər xətti