"Neftçi" - "Qəbələ" oyununda 4 qol

10:45 12 Oktyabr 2020

"Neftçi" və "Qəbələ" yoxlama matçında üz-üzə gəlib.
 

Sportarena.az xəbər verir ki, "Neftçi"nin bazasında keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb."Neftçi"dən kapitan Emin Mahmudov və braziliyalı müdafiəçisi Rener de Souza fərqlənib. "Qəbələ"nin hər iki qolunu isə nigeriyalı hücumçusu Ceyms Adeniyi vurub. "Neftçi"nin yarımmüdafiəçisi Saman Nəriman Cahan penaltini dəqiq yerinə yetirə bilməyib.

 

Xatırladaq ki, "Qəbələ" "Sumqayıt"la sınaq matçında 1:2 hesabıyla uduzub.


Digər xəbərlər

Xəbər xətti