"Qarabağ"ın sabiq futbolçusu "Liverpul"a keçə bilər

16:35 12 Oktyabr 2020

"Liverpul" yeni qapıçı axtarışlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, "qırmızılar"ın transfer siyahısında 5 qapıçının adı var. Onlardan biri "Qarabağ"ın sabiq qolkieperi Asmir Beqoviçdi.

 

"Liverpul" "Bornmut"da çıxış edən 33 yaşlı Beqoviçlə yanaşı, hazırda klubsuz olan Daniel Subaşiç, Mişel Vorm, Rob Elliot və "Aston Villa"dan Oryan Nilandla da maraqlanır .

 

"Bornmut" Beqoviçi 2017-ci ildə "Çelsi"dən 10 milyon funt sterlinq qarşılığında heyətinə qatıb. Klub qış transfer dönəmində təcrübəli qapıçını sata bilməsə, bosniyalı mövsümün sonunda azad agent olacaq.

 

Qeyd edək ki, "Liverpul"un əsas qapıçısı Alisson Beker zədələnib. Komanda Premyer Liqanın son turunda "Aston Villa"ya 2:7 hesabı ilə uduzub. Bu yenilgidən sonra ehtiyat qapıçı Adriana inam azalıb.

 

Xatırladaq ki, Beqoviç 2019/2020 mövsümünün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib.


Xəbər xətti