Mesut Özildən Azərbaycana dəstək - FOTO

11:00 14 Oktyabr 2020

"Arsenal"ın türk əsilli futbolçusu Mesut Özil Azərbaycana dəstəyini ifadə edib. Almaniya millisinin üzvü bununla bağlı özünün tvitter hesabında paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, paylaşdığı fotoda ingilis dilində Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpqalarını işğal etməsini, BMT-nin qərarlarının icra edilmədiyi barədə qeydlər edən Özil şəklin üzərində Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdi" sözlərini yazıb. 



Digər xəbərlər

Xəbər xətti