Prezident İlham Əliyev: “Yaxın vaxtlarda Füzuli ilə bağlı çox yaxşı xəbərlər gələcək”

Sportarena.az      15 Oktyabr 2020 , 18:56

“Demək olar ki, hər gün Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirir. Bizim əməliyyatlarımız davam edir. Təxminən 40-a yaxın, ya da 40-dan çox yaşayış məntəqəsi işğaldan azad edilib. Yaxın vaxtlarda da növbəti sevincli, şad xəbərlər gələcək. Biz əsas əməliyyatları indi şimal və cənub istiqamətlərində aparırıq”.

 

Sportarena.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.

 

“Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun əksər kəndləri artıq bizdədir. Füzuli rayonunun bir çox kəndlərini biz işğalçılardan azad etdik. Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”, - deyə dövlət başçısı qeyd edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin