Avropanın ən hündür zirvəsində “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

11:11 16 Oktyabr 2020

Məşhur azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu maraqlı paylaşımı ilə diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, Avropanın ən yüksək nöqtəsi Elbrus zirvəsini növbəti dəfə fəth edən alpinist orda olduğu zaman "Qarabağ Azərbaycandır!” şüarı səsləndirib və bunun video görüntülərini şəxsi səhifəsində paylaşıb.

 

Qeyd edək ki, dünyanın ən hündür zirvəsi hesab olunan Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı olan İ.Aşurlu eyni zamanda dünyanın bütün qitələrinin ən hündür zirvələrini fəth edən doqquzuncu alpinistdir.(oxu.az)

 

 


Digər xəbərlər

Xəbər xətti