AFFA-dan hakimi təhqir edən baş məşqçiyə sərt cəza

16:00 20 Oktyabr 2020

AFFA İntizam Komitəsi Azərbaycan I Divizionunda çıxış edən MOİK-in baş məşqçisi Ramil Əliyevi 5 oyunluq cəzalandırıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, gənc mütəxəssis 2-ci turun “Turan Tovuz”la ev oyununun 55-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan kənarlaşdırılıb. Bu səbəbdən, klub 400 manat cərimələnib.

 

Qeyd edək ki, baş hakim Rövşən Rəcəbovun idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.


Xəbər xətti