"Qarabağ"ın rəqibinin daha bir futbolçusu zədələndi

17:07 20 Oktyabr 2020

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin İ qrupundakı rəqiblərindən olan "Vilyarreal"ın futbolçusu Dani Parexo zədələnib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, La Liqanın 6-cı turunda "Valensiya" ilə matçda (2:1) zədə alıb. Onun sağalma müddətinin zədənin sonrakı vəziyyətindən asılı olacağı bildirilib.

 

Qeyd edək ki, İspaniya təmsilçisinin müdafiəçisi Pervis Estupinyan və hücumçu Jerar Moreno zədə səbəbindən qarşıdakı turları, eyni zamanda Avroliqada “Qarabağ”la Bakıda keçiriləcək matçı buraxacaq. Koronavirusa yoluxan müdafiəçi Sofian Çakla isə müalicə alır.

 

Xatırladaq ki, "Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da Bakıda qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti