"Qarabağ" daha güclü qayıdacaq" - Ovusu Kvabena

11:05 30 Oktyabr 2020

"Qarabağ"ın futbolçusu Ovusu Kvabena Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Vilyarreal"la keçirilən görüş (1:3) haqda fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, qanalı hücumçu bununla bağlı “İnstaqram" hesabında paylaşım edib.Oyunda baxımlı qola imza atan 23 yaşlı futbolçu məğlub olmalarına baxmayaraq, ruhdan düşmədiklərini və növbəti görüşdə daha güclü olacaqlarını qeyd edib: "İstədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün məyusam. Avropa Liqası turnirində ilk dəfə qol vurduğum üçün xoşbəxtəm. Gələn həftə döyüşə davam edəcəyik və daha güclü qayıdacağıq".
 

Xatırladaq ki, Ağdam təmsilçisi qrup mərhələsinin 3-cü turunda səfərdə "Sivasspor"la üz-üzə gələcək. Noyabrın 5-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti