"Vilyarreal"ın futbolçusu "Qarabağ"la oyundan danışdı

13:15 30 Oktyabr 2020

İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Alfonso Pedraza UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsi üzərindən paylaşım edib. 90 dəqiqə meydanda olan 24 yaşlı ispaniyalı qələbə qazandıqları üçün sevindiyini bildirib: "İkiqat xoşbəxtəm. Qarşılaşma asan olmadı. Amma bu şəkildə qələbə qazananda daha çox zövq alırsınız".

 

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir.


Xəbər xətti