Totti də koronavirusa yoluxdu

09:44 3 Noyabr 2020

İtaliya millisinin və "Roma"nın sabiq futbolçusu Françesko Totti koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, 44 yaşlı veteran futbolçu halsızlıq və qızdırma hiss etdikdən sonra testdən keçib. Test nəticəsi müsbət çıxan Totti özünü yaxşı hiss etdiyini bildirib.

 

Qeyd edək ki, bir müddət əvvəl Tottinin atası Entso Totti koronavirusdan vəfat etmişdi.


Xəbər xətti