“Qarabağ” Sivasda belə qarşılandı - FOTOLAR

14:21 4 Noyabr 2020

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə "Sivasspor"la qarşılaşacaq "Qarabağ" Sivas hava limanında xoş sürprizlə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, Sivas valiliyi və Sivas Milli Təhsil Müdürlüyü tərəfindən baş məşqçisi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" kitabı hədiyyə olunub. 

 

Daha sonra xüsusi ansambl tərəfindən Azərbaycan Respublikasının dövlət himni və Türkiyənin İstiqlal marşı səsləndirilib.



Xəbər xətti