"Sivasspor"un stadionunda Azərbaycan bayrağı - FOTO

09:44 5 Noyabr 2020

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün "Qarabağ"ı qəbul edəcək "Sivasspor" Azərbaycana dəstək nümayiş etdirib.

 

Sportarena.az xəbər verir ki, görüşün keçiriləcəyi Sivasın “Yeni 4 Eylül” stadionunda  Türkiyə ilə yanaşı , Azərbaycan bayrağı asılıb. "Qarabağ"ın həmin görüntünün şəklini "Feysbuk" hesabında paylaşıb və bu addıma görə "Sivasspor"a təşəkkür edib.

 

Qeyd edək ki, "Qarabağ" Sivas hava limanında xoş sürprizlə qarşılaşıb. Sivas valiliyi və Sivas Milli Təhsil Müdürlüyü tərəfindən baş məşqçisi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" kitabı hədiyyə olunub. Daha sonra xüsusi ansambl tərəfindən Azərbaycan Respublikasının dövlət himni və Türkiyənin İstiqlal marşı səsləndirilib.



Xəbər xətti