Daha 23 kənd işğaldan azad edildi

13:55 9 Noyabr 2020

Azərbaycan ordusu daha 23 kəndi işğaldan azad edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev öz Tvitter səhifəsində paylaşım edib:
 

"Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"


Digər xəbərlər

Xəbər xətti