İngiltərənin məşhur qapıçısı xərçəng xəstəliyindən öldü

10:29 16 Noyabr 2020

“Liverpul” və “Tottenhem” komandalarının şərəfini qorumuş məşhur ingilis qapıçı Rey Klemens 72 yaşında vəfat edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.Keçmiş futbolçu uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

 

Xatırladaq ki, 61 dəfə İngiltərə millisinin şərəfini qoruyan Rey Klemens karyerası ərzində beş dəfə Premyer Liqa, üç dəfə Çempion Klublar Kuboku və üç dəfə də UEFA Kubokunu qazanıb.


Xəbər xətti