Millimizin DÇ-2022-dəki səbəti dəqiqləşdi

14:05 16 Noyabr 2020

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki səbəti dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, yığmamız püşk zamanı 5-ci səbətdə yer alacaq.Ötən ay açıqlanan FIFA reytinqində 1175 xalla 114-cü olan Azərbaycan yığması Avropada 45-ci idi. Bu ay üç oyuna çıxan millimiz Sloveniya və Monteneqro ilə heç-heçələr sayəsində aktivinə 4,5 xal yazıb.

 

Lüksemburqla oyunun nəticəsindən asılı olmayaraq Azərbaycan yığmasının 4-cü səbətə qalxması və ya daha aşağı reytinqli yığmalarla birlikdə 6-cı səbətdə yer alması mümkün deyil. Püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.


Xəbər xətti