FIFA dünya çempionatlarını ləğv etdi

02:18 19 Noyabr 2020

FIFA koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə saldığı 17 və 20 yaşadək qadın futbolçular arasındakı dünya çempionatlarını ləğv edib.
 

Sportarena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.Bildirilir ki, bu il keçirilməsi nəzərdə tutulan, lakin koronavirusa görə növbəti ilə qədər təxirə salınan çempionatların ümumiyyətlə ləğvinə qərar verilib.   


Xəbər xətti