DÇ-2022 üçün səbətlərin tərkibi müəyyənləşdi

11:48 19 Noyabr 2020

Millətlər Liqasının qrup mərhələsinin oyunlarından sonra DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində püşkatması üçün səbətlərin tərkibi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, püşkatmada 55 yığma 6 qrupa bölünəcək. Bunların beşində 10, birində 5 yığma yer alacaq.Azərbaycan millisi 5-ci səbətdə yer alıb.

 

 

DÇ-2022
Püşkatma
Səbətlər

I səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, Xorvatiya, İtaliya, Almaniya, Danimarka, Niderland

II səbət: İsveçrə, Polşa, İsveç, Uels, Ukrayna, Avstriya, Slovakiya, Serbiya, Türkiyə, Rumıniya

III səbət: Rusiya, İrlandiya, Şimali İrlandiya, Norveç, Macarıstan, İslandiya, Şotlandiya, Çexiya, Finlandiya, Yunanıstan

IV səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Bolqarıstan, Albaniya, Gürcüstan, İsrail, Belarus, Lüksemburq

V səbət: Kipr, Ermənistan, Farer Adaları, Estoniya, Azərbaycan, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra

VI səbət: Moldova, Malta, Lixtenşteyn, Cəbəllütariq, San Marino

 

Püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.


Xəbər xətti