Sabiq "Qarabağ"lı rekorda imza atdı

14:20 19 Noyabr 2020

"Qarabağ"ın sabiq futbolçusu - 30 yaşlı Dino Ndlovu rekord müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, Çin təmsilçisi "Çjetszyan Qrintaun"da top qovan hücumçu klubun tarixinə düşüb.

 

Cənubi afrikalı klubun ən çox qol vuran oyunçusu adına sahib çıxıb. Ndlovu Superliqaya vəsiqə uğrunda ilk pley-off matçında "Uhan Çjoer"i məyus edib. Təcrübəli forvard 90+9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.

 

Çində olduğu müddətdə 65 oyuna 42 qol vuran hücumçu 88 qarşılaşmada 41 dəfə fərqlənən braziliyalı forvard Anselmo Ramonun rekordunu qırıb.

 

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar arasındakı cavab oyunu noyabrın 22-də reallaşacaq.


Digər xəbərlər

Xəbər xətti