Ukrayna klubunda şok: 1 gündə 25 nəfər koronavirusa yoluxdu

00:53 20 Noyabr 2020

Ukraynanın "Prikarpattya” klubunun bir gündə 25 nümayəndəsi koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Klubda yalnız 5 futbolçu və 3 məşqçinin test nümunələrinin cavabları mənfi olub.Komandanın artıq karantinə alındığı bildirilib.

 

Qeyd edək ki, "Prikarpattya” birinci liqasının turnir cədvəlində 13-cü pillədədir.


Digər xəbərlər

Xəbər xətti