Qurban Qurbanov: "Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik"

Sportarena.az      20 Noyabr 2020 , 13:11

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdamın işğaldan azad olunması barədə fikirlərini bildirib.



Sportarena.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan təcrübəli mütəxəssis böyük qürurla Ağdamda keçirəcəkləri ilk oyunu gözlədiklərini söyləyib:
 

"Bu gün bizim üçün çox böyük bir gündü. İllərdi həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam  şəhəri artıq bu gün işğaldan azad olunur. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırov və digər şəhidlərimizin ruhu şaddı. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik.
 

Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm".  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin