Cüdo üzrə Azərbaycan millisi Avropada 4-cü oldu

Sportarena.az      22 Noyabr 2020 , 12:00

Praqada start götürən Avropa çempionatını Azərbaycan cüdoçuları 5 medalla başa vurublar.

 

Sportarena.az xəbər verir ki, çempionatın son günündə yarışa qatılan İrina Kindzerska (78 kiloqramdan yuxarı) finala qədər uğurla irəliləsə də, həlledici mərhələdə fransalı rəqibi Romane Diskonun öhdəsindən gələ bilməyib. Cüdoçumuz qitə çempionatının gümüş medalı ilə kifayətlənib.

 

Digər təmsilçilərimiz Məmmədəli Mehdiyev (90 kq) Türkiyə təmsilçisi Mikayıl Özerlerini, Zelim Kotsoyev (100 kq) bolqarıstanlı Boris Georgiyevi bürünc medal uğrunda döyüşdə məğlub edərək üçüncü yeri tutublar. Bununla da, medalların sayı 5-ə çatıb. Azərbaycan yığması yarışı 4-cü pillədə başa vurub. Cüdoçularımız yalınız Fransa, Rusiya və Gürcüstandan geri qalıb.

 

Qeyd edək ki, qitə çempionatında bundan əvvəl millimizin üzvləri Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov bürünc medal qazanıblar. Avropa çempionatında 40 ölkədən 355 cüdoçu iştirak edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin