“Qarabağ” Türkiyəyə Qurban Qurbanovsuz yollandı - FOTOLAR

Sportarena.az      2 Dekabr 2020 , 11:21

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində İstanbul şəhərində Təl-Əviv “Makkabi”si (İsrail) ilə qarşılaşacaq “Qarabağ” bu gün Türkiyəyə yola düşüb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov İstanbula getməyəcəyi üçün, bu gün oyundan öncə təşkil olunacaq mətbuat konfransında onun köməkçisi Elçin Rəhmanov iştirak edəcək. Sözügedən tədbir sabah, yerli vaxtla saat 15:30-da “Qarabağ”ın yerləşəcəyi “Pullman” otelində baş tutacaq. Oyundan öncəki son məşq isə yerli vaxtla saat 18:30-da “Başakşəhər Fatih Terim” stadionunun köməkçi meydançasında baş tutacaq.

 

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin