"Qarabağ" İspaniyaya nə vaxt yollanacaq?

13:00 7 Dekabr 2020

Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada "Vilyarreal"la üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi matçdan bir gün əvvəl - dekabrın 9-da saat 10:00-da İspaniyaya yola düşəcək. Həmin gün komandanın "Estadio de la Keramika" stadionunda açıq məşqi və mətbuat konfransı olacaq.

 

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti