Qətər yığması millimizlə eyni qrupda

01:26 9 Dekabr 2020

Azərbaycan millisi DÇ-2022-yə ev sahibliyi edəcək Qətər yığması ilə yoldaşlıq görüşləri keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Canni de Byazinin komandası Asiya təmsilçisi ilə 2 dəfə üz-üzə gələcək.UEFA son Asiya çempionunu dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün qətərlilər ev oyunları Avropada keçirəcək.

 

Yığmamız seçmə mərhələ vaxtı martın 27-də Qətərin qonağı olacaq. Noyabrın 14-də isə bu komandanı qəbul edəcək. Qətər millisinin keçirəcəyi ev oyunlarının məkanı və saatı hələlik məlum deyil.

 

Əslində, bunu Qətərin müsabiqədənkənar çıxışı kimi də qiymətləndirmək olar. Qətərlilər dünya çempionatının ev sahibi kimi birbaşa vəsiqəyə sahib olduqlarından, millimizin yer aldığı qrupda formal olaraq qərarlaşacaqlar.


Digər xəbərlər

Xəbər xətti