“Qarabağ”dan “Başakşəhər”ə dəstək

01:54 9 Dekabr 2020

"Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə oyunda irqçiliyə məruz qalmış "Başakşehir" klubunun məşqçisi Pyer Veboya dəstək olub.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı Ağdam klubu rəsmi feysbuk hesabında paylaşım edib.Belə ki, "Qarabağ"ın futbolçuları Kevin Medina və Donald Geryenin birgə fotosunun yer aldığı paylaşımda "Gülüşünüzdən başqa rəng yoxdur" sözləri yazılıb.

 

Qeyd edək ki, PSJ - "Başakşehir" oyunu 4-cü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb. Matçın qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti