"Komandanı ilk gündən hücumda qurmuşuq" - Elmar Baxşıyev

Sportarena.az      21 Dekabr 2020 , 09:17

“Çempionatın liderinə qarşı oynayırdıq. “Qarabağ”ın gücü hamıya məlumdur. Balanslaşmış heyətə malik güclü kollektivdir. Çətin olacağını bilirdik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Qarabağ"la heç-heçə etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

 

"Çempionatda fasilə olduğu müddətdə məşqlərimizi dayandırmamışdıq. Hazırlıqlarda hiss olunurdu ki, komanda tonusdadır və “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədir. Futbolçular bunu meydanda nümayiş etdirdilər. Məşqdə onlardan nə istəyirdiksə, meydanda da onu gördük. Futbolçular əzmkarlıq göstərərək bir xal qazandılar” - deyə o bildirib.

 

Baxşıyev ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırılan Rövlan Muradovun cəzalanması və qolun müəllifi Rafael Utriqin əvəzlənməsi barədə fikirlərini də açıqlayıb: “Muradov hücumameylli oyunçudur. Cəld olması və epizodlarda iştirakına görə simulyasiya edir. Rövlanla da söhbətimiz olacaq. Artıq mövsümdə 7-ci sarı vərəqəsini aldı. Düşünürəm ki, hücumameylli futbolçu üçün çoxdur. Bir az emosiyalarını cilovlayıb daha təmkinli olmalıdır. Komandanı ilk gündən hücumda qurmuşuq. “Qarabağ”a qarşı dominant futbol oynamaq istəsən də, hərdən alınacaq, hərdən yox. Hiss etdik ki, Ülvi İsgəndərovun meydana çıxmağına ehtiyac var. Rafael Utriq yorulmuşdu. Hücuma bir futbolçu atdıq. Çünki, “Qarabağ”ın müdafiəçilərinin də hücuma qoşulmasını istəmirdik”. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin