Xaqani Məmmədov Stuxliki tənqid etdi

11:04 22 Dekabr 2020

AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov xələfi barədə danışıb. 

 

Sportarena.az xəbər verir ki, o, İdman TV-də yayımlanan “Mərkəz xətti” verlişində Frits Stuxliki tənqid edib.Məmmədov avstriyalının hakimlər arasında ayrı-seçkilik etdiyini bildirib. Elçin Məsiyevin Rəhim Həsənovun əvəzinə FİFA referisi seçilməsini doğru saymayan Məmmədov deyib: “Bu, son illərdə çox bəlalı problemə çevrilib. Doğrudan da bunu mətbuat demir, mən demirəm, buna artıq ötən turdan hakimlər üsyan ediblər. Yəni yeni gələn rəhbərin öz sevimli hakimləri var.

 

Onlar kor-koranə irəli çəkilir. Bu da təcrübəli FIFA hakimlərinə pis təsir edir. Bir yox, bir neçə nəfər var ki, rəhbərin onlara qarşı xoş münasibəti var. Bilmirəm, bu, hardan qaynaqlanır, niyə baş verir? Tək bir nəfər yox, bir neçə nəfərdi. Götürək gələn ildən FIFA hakimi dərəcəsi daşıyacaq Elçin Məsiyevi. Fikirlərşirəm ki, o, hələ Azərbaycanı hardasa təmsil etməyə hazır deyil. Eşitdiyimə görə, rəhbərin sevimli kadrlarından biridi”. 


Digər xəbərlər

Xəbər xətti