Şəfəq Hüseynli: "Müharibədə yaralanmış idmançı dopinq qəbul edibsə..."

14:09 22 Dekabr 2020

"Vətən müharibəsində 478 idmançı iştirak edib".

 

Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib.

 

AMADA rəsmisi bildirib ki, onlardan 54 nəfəri şəhid olub, 51-i isə yaralanıb. Ş.Hüseynli yaralanmış idmançılardan bəzilərinin qadağan edilmiş maddələrdən yararlanmasının mümkünlüyünü diqqətə çatdırıb: "Müharibə şəraiti tam fərqlidir. Döyüşlərdə yaranlanan idmançılar əvvəlcədən müraciət edə bilməsələr də, sonradan müraciət edə bilərlər. Yaralanan idmançı müalicə zamanı qadağan olunmuş maddədən istifadə edibsə, bizə bildirməlidir”. (Report.az) 


Digər xəbərlər

Xəbər xətti