"Zirə"dən ayrılan futbolçu: "Artıq karyeramı fikirləşməliyəm"

14:59 22 Dekabr 2020

"Klub nə açıqlama veribsə, səbəb də odur. Qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Çox danışmaq istəmirəm".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Zirə" ilə vidalaşan futbolçu Rəşad Eyubov deyib.28 yaşlı yarımmüdafiəçi uzun müddət zədəli olduğunu sözlərinə əlavə edib: "Düşünmürəm ki, baş məşqçi Rəşad Sadıqov mənə şans vermək istəmədi. Lakin zədə üzündən iki ay oynamadım, məşq də etmirdim. Klubla danışdıq və razılığa gəldik ki, müqaviləyə xitam verək. Artıq zədəmi sağaltmışam, gələcək karyeramı fikirləşməliyəm".

 

Eyubov hələlik heç bir klubla danışıq aparmadığını vurğulayıb: "Hazırda gözləyirəm. Ölkə xaricində oynamaq indiki durumda asan deyil. Amma təklif olsa, niyə də yox?!"

 

Qeyd edək ki, Rəşad Eyubov bu ilin yayında "Sabah"dan "Zirə"yə keçmişdi. Onun klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatmalı idi. 


Digər xəbərlər

Xəbər xətti