Messi Pelenin rekordunu yenilədi - VİDEO

12:24 23 Dekabr 2020

İspaniyanın “Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi futbol üzrə İspaniya çempionatında “Valyadolid”ə qarşı matçın ikinci hissəsində fərqlənib.

 

Sportarena.az xəbər verir ki, bununla da 33 yaşlı argentinalı futbolçu Kataloniya təmsilçisində vurduğu qolların sayını 644-ə çatdırıb. Nəticədə Messi bir klubda vurduğu qolların sayına görə braziliyalı Pelelin rekordunu yeniləyib.

 

Pele Braziliyanın “Santos” komandasının heyətində 643 qola imza atmışdı.

 

Qeyd edək ki, “Barselona” – “Valyadolid” matçı 3:0 hesabı ilə başa çatıb. 

 

 


Xəbər xətti