“Qarabağ”da koronavirusa yoluxan qalmadı

18:05 23 Dekabr 2020

"Qarabağ”da koronavirusdan əziyyət çəkən futbolçuların durumuna aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, qapıçı Şahrudin Məhəmmədəliyev və hücumçu Xayme Romero artıq sağalıb.Həm milli komandamızın qolkiperi, həm də ispaniyalı ön xətt oyunçusunun 14 gülük karantin müddəti bitib. Son testi neqativ çıxan ağdamlıların aparıcı üzvləri artıq məşqlərə də qoşulublar. Ancaq onların sabah "Zirə”yə qarşı keçiriləcək ilin son matçında iştirakı sual altındadır.

 

"Qarabağ” komanda şəklində bu gün daha bir test verib. Onlar arasında Şahrudinlə Xayme də olub. Məhz bunun nəticəsinə görə kimin "Zirə” ilə görüşə hazır olacağı müəyyənləşəcək.

 

Qeyd edək ki, sabah "Azersun Arena”da keçiriləcək "Qarabağ” – "Zirə” matçı saat 16:00-da başlayacaq. (Apasport.az) 


Digər xəbərlər

Xəbər xətti