"Neftçi" çempionatda 400-cü ev oyununa çıxan ilk komanda oldu

12:59 25 Dekabr 2020

“Neftçi” Azərbaycan çempionatlarında 400-cü ev oyununu keçirib.
 

Sportarena.az xəbər verir ki, yubiley matçı Premyer Liqanın 13-cü turuna təsadüf edib. “Keşlə”ni qəbul edən “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.Bu, “Neftçi”nin öz meydanında 252-ci qələbəsi olub. Aktivində 91 heç-heçə də olan paytaxt təmsilçisi doğma divarlar arasında 57 məğlubiyyət alıb. “Ağ-qaralar” evdə 400 oyun keçirən ilk komanda olub.

 

Qeyd edək ki, “Neftçi” ölkə çempionatlarında ilk ev oyununu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”inə qarşı keçirib. Həmin oyunda bakılılar 1:0 hesablı qələbə qazanıb. 


Xəbər xətti