"Qəbələ"dən 100-cü qələbə

13:08 25 Dekabr 2020

“Qəbələ” tarixində 100-cü səfər qələbəsini qazanıb.

 

Sportarena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 13-cü turuna təsadüf edib.2020-ci ilin son matçına çıxan “qırmızı-qaralar” “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib. 100-cü qələbə klub tarixinin 284-cü səfər oyununda qeydə alınıb.

 

Rəqib meydanlarında ilk qələbəsini 2005-ci ilin oktyabrında qazanan komanda 1-ci dəstənin “Viləş”lə qarşılaşmasında 3 xal əldə edib – 3:1. Ümumiyyətlə, “qırmızı-qaralar” Premyer Liqada 74, 1-ci dəstədə 9, Azərbaycan kubokunda 14, Avropa Liqasında 3 görüşdən qalib dönüb.

 

100-cü səfər qələbəsinə vurduğu qolla töhfə verən Asif Məmmədov “Qəbələ”nin heyətində 15-ci dəfə fərqlənib. “Səbail”lə görüşə kapitan kimi çıxan təcrübəli yarımmüdafiəçi klub tarixinin bombardirləri siyahısında Deon Bartona çatıb. Bu cütlük yalnız 11 futbolçudan geri qalır: Viktor Mendi – 33, Dodo – 30, Baqali Dabo – 27, Filip Ozobiç – 25, Cavid Hüseynov, Stiven Monroz, Rövşən Əhmədov – 20, Daniel Subotiç – 19, Aleksey Qay, Kənan Kərimov – 18, Yannik Kamanan – 17. 


Xəbər xətti