“Sabah”ın Premyer Liqada ən gənc heyəti

01:35 28 Dekabr 2020

Azərbaycan Premyer Liqasının 13-cü turundan sonra çempionat qış fasiləsinə yollandı.

 

Sportarena.az xəbər verir ki, ilin son oyununda səfərdə “Sumqayıt”ı 2:1 hesabıyla məğlub edən "Sabah"ın bu görüşdəki start heyətinin orta yaşı 24,3-ə bərabər olub.Bu, komandanın Premyer Liqada çıxış etdiyi müddətdə ən gənc start heyəti kimi tarixə düşüb. “Sumqayıt”la görüşdə start heyətində çempionatın gənc futbolçu limitinə uyğun 4 oyunçu yer alıb (Amin Seydiyev, Ozan Can Kökcü, Veysəl Rzayev və Şakir Seyidov).

 

Ümumilikdə, cari mövsümdə Premyer Liqada “Sabah”ın heyətində 24 futbolçu meydana çıxıb. Ən çox şans qazanan futbolçu Amin Seydiyevdir (12 oyun, 1068 dəqiqə).

 

Çempionatın ilk yarısında komandanın heyətində meydana çıxmış ən yaşlı futbolçu Saşa Stamenkoviç (35 yaş), ən gənc futbolçu isə Veysəl Rzayevdir (17 yaş, 11 ay, 9 gün). Qış fasiləsinə kimi komandanın heyətində 9 fərqli futbolçu ümumilikdə 13 qola imza atıb. 


Digər xəbərlər

Xəbər xətti