AFFA-dan “Qarabağ”a sərt cəza

13:50 28 Dekabr 2020

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki,  Premyer Liqanın XIII turunun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ”ın futbolçusu Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

 

“Zirə”nin futbolçusu Dmitrios Çantakias ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. 


Xəbər xətti