Firdovsi Umudov federasiyanın iclaslarına niyə dəvət edilmir?

Sportarena.az      29 Dekabr 2020 , 15:44

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin rəhbərliyi ilə iclas keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda yığma komandaların baş məşqçiləri iştirak edib və qarşıdakı planlar müzakirə edilib.

 

Maraqlıdır ki, federasiya rəhbərliyi həmin iclasa qurumun vitse-prezidenti Firdovsi Umudovu yenə dəvət etməyib. Artıq ikinci dəfə bu cür hadisə baş verir. Belə ki, bir müddət öncə milli komandaya baş məşqçi təyin olunması ilə bağlı baş tutan təqdimat toplantısına da F.Umudov dəvət olunmamışdı. Hər iki toplantıda həm federasiyanın rəhbəri, həm baş katib, həm də qrumun digər məsul şəxsləri iştirak ediblər.

 

Azərbaycan güləş yığmasında kifayət qədər uğurlar qazanan mütəxəssis  və hazırda güləş federasiyasında vitse-prezident olan Umudovun tədbirə dəvət almaması suallar ortaya çıxarıb.

 

Azərbaycan  Güləş Federasiyası məsələ ilə bağlı belə açıqlama verib: “Bu iclasda vitse-prezidentlərin iştirakı nəzərdə tutulmamışdı. Sadəcə həmin vaxt digər vitse-prezident Elçin Cəfərov federasiyada olduğu üçün tədbirə qatıldı”.

 

Firdovsi Umudov məsələ barədə heç bir açıqlama vermək istəmədiyini, iclasdan xəbərsiz olduğunu və gələcəkdə bu haqda geniş danışacağını bildirdi: “Mənə bu tədbirlər barədə heç bir məlumat verilməyib”. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin