AFFA “Sabah” və “Qəbələ”ni mükafatlandırdı

11:48 30 Dekabr 2020

AFFA-nın inzibati binasında U-15 Liqa, U-16 Liqa, “Bakcell U-17 Liqa”, Gənclər Liqası və qızlar arasında UNICEF U-16 Liqası və Yüksək Liqasının 2019/2020-ci il mövsümünün qaliblərinə kubok və medallar təqdim olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. AFFA İcraiyyə Komitəsinin 22 may 2020-ci il tarixində qəbul edilmiş qərarına əsasən, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən yuxarıda qeyd olunan liqalarda mövsüm başa çatdırılmış, liqalarda mövcud vəziyyətdə birinci pillədə olan aşağıdakı komandalar liqaların qalibləri elan olunmuşdur:

 

U-15 Liqa – Qəbələ İK

U-16 Liqa –Sabah FK

Bakcell U-17 Liqa – Qəbələ İK

Gənclər Liqası – Qəbələ İK

 

Qızlar Liqası

UNİCEF U-16 Liqa – 8 nömrəli İOEUGİM (Bakı)

Yüksək Liqa – 8 nömrəli İOEUGİM (Bakı) 


Digər xəbərlər

Xəbər xətti