"Keşlə" daha bir futbolçusu ilə yolları ayırır

14:45 30 Dekabr 2020

"Keşlə" klubu futbolçusu Silvio Rodrigeslə yolları ayıra bilər.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı braziliyalı hücumçunun müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv ediləcəyi ehtimal olunur.Kamerunlu forvard Anatole Abanqı heyətinə cəlb edən paytaxt təmsilçisi həmin mövqe üçün yeni oyunçu axtarışına da çıxıb. Klubun heyətinə yeni legioner hücumçu cəlb edəcəyi gözlənilir.

 

Qeyd edək ki, "Keşlə" Anatole Abanqdan başqa "Zirə", AZAL "Xəzər Lənkəran"ın sabiq futbolçusu Sadio Tounkara ilə də anlaşıb. Komanda daha əvvəl Şohrux Qadoyev, Artur Batista və Alvaro Tavareşlə vidalaşıb. (Report.az) 


Digər xəbərlər

Xəbər xətti