“Qarabağ” - “Səbail” matçının vaxtı dəyişdirildi

16:54 30 Dekabr 2020

Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış “Qarabağ” - “Səbail”  oyunu ilə bağlı yekun qərar verilib.

 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın vaxtı dəyişdirilib. Görüş əvvəldən nəzərdə tutulduğu kimi fevralın 8-də deyil, yanvarın 28-də keçiriləcək.

 

Xatırlada ki, Peşəkar Futbol Liqası koronavirus səbəbindən Azərbaycan Premyer Liqasının və kubokunun təqviminə dəyişiklik edib.  


Xəbər xətti