“Neftçi” - “Keşlə” matçının məkanı və saatı açıqlandı

14:00 8 Yanvar 2021

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununun məkanı və başlanma saatı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yanvarın 14-də "Bakcell Arena”da baş tutacaq "Keşlə” ilə görüş saat 16:00-da start götürəcək.Oyunun "Neftçi TV” vasitəsilə canlı yayımlanması planlaşdırılır.

 

Qeyd edək ki, yanvarın 4-də təlim-məşq toplanışına başlayan flaqman ilk sınaq matçını ayın 10-da "Kəpəz”ə qarşı keçirəcək. Gəncə təmsilçisi ilə matç saat 15:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti